Ukrayna nümayəndə heyətinin üzvü öldürüldü – Dövlətə xəyanət edib

Ukrayna nümayəndə heyətinin üzvü öldürüldü – Dövlətə xəyanət edib

Ukraynanın Rusiya ilə Qomel şəhərində həyata keçirdiyi danışıqlarda ölkənin nümayəndə heyətinin tərkibinə daxil olan Denis Kireyev öldürülüb.

DOSYE.ORG xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Aleksandr Dubinskiy açıqlama verib.

“Qomel şəhərində keçirilən danışıqlarda Ukrayna nümayəndə heyətinin üzvü Denis Kireyev Ukraynanın Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılarkən öldürülüb. O, dövlətə xəyanətdə şübhəli bilinib”, – deyə Dubinskiy əlavə edib. Bununla belə, bu məlumat hələlik rəsmi olaraq təsdiq olunmayıb.

DOSYE.ORG

COMMENTS