Ukrayna ordusunun zabitləri əsr düşməmək üçün özlərini partlatdı

Ukrayna Müdafiə Nazirliyi mətbuat xidmətinin məlumatına görə, ağır yaralanmış 2 Ukrayna zabiti əsir düşməmək üçün özünü partladıb.

 

Aktual.az Ukrayna mediasına istinadən bildirir ki, anti-terror əməliyyatları zamanı zenit-raket diviziyasına rəhbərlik edən mayor Aleksandr Kandesyuk mühasirəyə düşüb, ağır yaralanıb.

Kandesyuk yaralanandan sonra digər bir mayor – Aleksandr Şepelyuk onun köməyinə gəlib. Şepelyuk da ağır yaralanıb.

12 Donbas silahlısı onları mühasirəyə alaraq əsir götürmək istəyəndə, hər iki mayor özlərini və rus silahlılarını partladıb.

Hazırda Ukraynanın anti-terror əməliyyatları komandanlığı həmin zabitlərə Ukrayna Qəhrəmanı adının verilməsi barədə prezident Poroşenko qarşısında məsələ qaldırıblar.

COMMENTS