Ukrayna Rusiyanın daha bir gəmisini vurdu

Ukrayna Rusiyanın daha bir gəmisini vurdu

Ukrayna Silahlı Qüvvələri Qara dənizdə Rusiyaya məxsus daha bir gəmini vurub 

DOSYE.ORG xəbər verir ki, burada söhbət Rusiyanın Qara dəniz donanmasının “Vasiliy Bex” adlı gəmisindən gedir.

Məlumata görə, sözügedən gəmi Zmeynıy adasına silah-sursat və şəxsi heyəti apararkən vurulub. Gəminin göyərtəsində, həmçinin “Tor” zenit-raket kompleksinin olduğu da bildirilir.

Gəminin vurulması barədə məlumatı Odessa vilayətinin hərbi administrasiyasının rəhbəri Maksim Marçenko təsdiq edib.

Gəmiyə “Harpoon” sistemi vasitəsilə raket zərbəsinin endirildiyi qeyd olunub.

COMMENTS