Ukrayna Rusiyanın itkilərini açıqladı: Canlı qüvvə, hərbi texnika..

Ukrayna Rusiyanın itkilərini açıqladı: Canlı qüvvə, hərbi texnika..

Rusiya Ukraynada indiyədək təxminən 16400-ə yaxın canlı qüvvə itirib.
DOSYE.ORG xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin “Facebook” səhifəsində bildirilib.
Məlumata görə, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya Ordusunun 575 tankı, 1640 zirehli döyüş maşını, 293 artilleriya sistemi, 91 reaktiv yaylım atəş sistemi, 51 havadan müdafiə sistemi, 117 hərbi təyyarəsi, 127 helikopteri,1131 avtomobil texnikası, 7 gəmi/kater, 73 yanacaq çəni, 56 dronu, 2 OTRK / TRK / mobil SRBM sistemi, 19 xüsusi avadanlığı məhv edilib.

COMMENTS