Ukrayna Televiziyası Avropa Liqasının 4-cü turunda keçirilən “Qarabağ”-“Dnepr” görüşü barədə reportaj yayımlayıb.
Qol.Az-ın Sportpress.az-a istinadən yaydığı xəbərə görə, ukraynalı həmkarlarımız “Qarabağ” klubunun təşkilatçılığı barədə xoş sözlər deyib. Azarkeşlərin klubun bayrağıyla stadionda maraqlı görüntülər yaratdığını qeyd edən Ukrayna TV Leroy Corcun bərabərlik qolunu belə təsvir edib: “Qarabağ”ın Bakıda sevildiyini bildirimizdən anşlaq bizi təəccübləndirmədi. “Dnepr”dən Kaliniç hesabı açandan sonra azarkeşlər komandalarını dəstəkləməyi dayandırmadı. Meydan sahiblərindən Leroy Corc gözəl zərbəylə bərabərlik yaratdı. Bu qoldan sonra sanki stadion dağıla bilərdi. 32 min azarkeşin səsi və alqışları arenadan kənarda da eşidildi”.
Qeyd edək ki, qrup mərhələsinin 4-cü turunda “Qarabağ” Bakıda “Dnepr”ə 1-2 hesabı ilə uduzub.
COMMENTS