Ukrayna və Britaniya XİN başçıları görüşüb

Ukrayna və Britaniya XİN başçıları görüşüb

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Kiyevdə Böyük Britaniyanın xarici işlər naziri David Lammi ilə görüşüb.

Bunu Ukraynanın xarici işlər naziri “X” paylaşımında bildirib.

“Bu səfər Britaniyanın qlobal liderliyinin və Ukraynaya olan sarsılmaz dəstəyinin bariz göstəricisidir. Biz Rusiyaya qarşı gələcək sanksiyaları və müdafiə sahəsində əməkdaşlığımızı müzakirə etdik”, -Sibiqa qeyd edib.

O həmçinin, Böyük Britaniyanın Ukraynada sosial, humanitar və enerji layihələri üçün 55 milyon funt-sterlinqin vaxtında elan edilməsinə görə təşəkkür edib.

COMMENTS