Ukraynada Bolqarıstanın fəxri konsulu oğurlandı

Ukraynada Bolqarıstanın fəxri konsulu oğurlandı

Rusiyanın işğal etdiyi Ukraynanın Melitopol şəhərində Bolqarıstanın fəxri konsulu oğurlanıb.

DOSYE.ORG xəbər verir ki, bunu şəhərin meri İvan Fyodorov deyib.

“Ölkə üzrə 50-dən çox həmkarım oğurlanıb, bu gün 29-u işğalçıların həbsxanalarındadır. Fəallara, iş adamlarına gəlincə, bu, işğalçılar üçün adi təcrübədir, öz fikri, vətənpərvərlik hissləri olan hər kəsi qaçırırlar. Bir neçə saat əvvəl Bolqarıstanın fəxri konsulunun Melitopolda oğurlandığı məlum olub”, – mer vurğulayıb.

COMMENTS