Ukraynada radikallar rus biznesini oda verir

Ukraynada radikallar rus biznesini oda verir

Kiyevdə radikal millətçilər Okean Plaza ticarət-əyləncə mərkəzində tüstü bombası yandırıblar.

Dosye.org  xəbər verir ki, nəticədə ziyarətçilər dərhal təxliyə olunub. Millətçilərin sözlərinə görə, ticarət mərkəzi rus biznesmenə məxsus olduğu üçün onlar bu addımı atıblar.

Polis və mərkəzin təhlükəsizlik işçiləri vəziyyətə nəzarət etmək üçün çalışırlar.

Ötən gün isə ticarət mərkəzinin yaxınlığında rusların Ukraynadakı biznesinə qarşı aksiya keçirilib. Yüzə yaxın radikal millətçi mərkəzin girişini bağlayıb, binanın önünə avtomobil şinləri gətiriblər və vitrinlərə Rusiyaya qarşı şüarlar yazıblar.

Lvovda isə “Alfa-bank”ın iki şöbəsinə od vurublar. Yanğın nəticəsində xəsarət alan olmayıb.

Qeyd edək ki, 25 noyabrda Kerç boğazı yaxınlığında Rusiya Ukrayna Hərbu Dəniz Qüvvələrinə məxsus 3 gəmiyə hücum edib. Nəticədə 6 ukraynalı hərbçi yaralanıb.

Rusiya donanması 3 gəmini 24 əsir əsgərlə birlikdə Kerç limanına aparıb. Əsgərlərin hamısı istintaqa cəlb edilib və məhkəmə barələrində 2 aylıq həbs qətimkan tədbiri seçib.

Dosye.org

COMMENTS