Ukraynada Rusiya tankları

Tapılan silahların üzərində “Rusiyadan sevgilərlə” yazılıb

Ukrayna ordusuna məxsus telekanal ölkənin şərqində həyata keçirilən anti-terror əməliyyatının kadrlarını yayımlayıb. Telekanalın məlumatına görə, Ukrayna hərbi qüvvələri əməliyyat zamanı döyüşlərin getdiyi ərazidən xeyli sayda Rusiyaya məxsus kiçik silahlar, tank əleyhinə mərmilər, avtomatik qumbaraatanlar və zirehli avtomobillərdən ibarət arsenal ələ keçirib.

Anti-terror əməliyyatına dair açıqlamada bildirilir ki, Ukrayna əsgərləri bəzi silah-sursatın üzərində rus dilində “Rusiyadan sevgilərlə” ifadəsi yazılmış hissəciklərin olduğunu iddia ediblər.

Yayılmış kadrlarda döyüş bölgəsində üzərində Rusiya Hərbi-Hava Qüvvələrinin emblemi olan tank da əks olunub. Bu isə sosial mediada müzakirə mövzusuna çevrilib və bəziləri həmin tankın Ukrayna Hərbi-Hava Qüvvələrinin 95-ci Hərbi-Hava Briqadasına məxsus olduğunu iddia edib.

COMMENTS