Ukraynalı futbolçu “Qəbələ”ni seçməməsinin səbəbini açıqladı

Ukraynalı futbolçu “Qəbələ”ni seçməməsinin səbəbini açıqladı

“Qəbələ”dən təklif var idi. Ancaq mən “Metallist”i seçdim. Düşünürəm ki, bu karyeramda irəliyə doğru addım oldu. Bu komandanın böyük hədəfləri var”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Çernomorets”dən “Metallist”ə transfer olunan Kirill Kovalçuk Ukrayna mətbuatına açıqlamasında deyib.

“Metallist”lə rəsmi müqavilə imzalayan 28 yaşlı futbolçu “Qəbələ”ni seçməməsinin səbəbini açıqlayıb: “Qəbələ”ni seçməməyimin səbəblərindən biri də burdur ki, Xarkovda oynayarkən millinin məşqçilər korpusunun gözü önündə olacam. Bu mənim üçün çox önəmlidir. Daha öncə Ukrayna yığmasında oynadım və bundan sonra da Mixail Fomenkonun komandasında yer almaq istəyirəm. Əgər Azərbaycan və ya Özbəkistana getsəydim, belə şansım olmayacaqdı. Çünki bu çempionatlardan Ukrayna millisinə oyunçu çağırmırlar. Ən azı mən belə çağırışları xatırlamıram”.

Qeyd edək ki, sabiq baş məşqçisi Roman Qriqorçukun rəhbərlik etdiyi “Qəbələ”nin transfer hədəfində olan Kovalçuk “Metallist”lə 2,5 illik müqavilə imzalayıb.

COMMENTS