Ukraynalı hərbçilər Bryanska girdi

Ukraynalı hərbçilər Bryanska girdi

Bu gün səhər saatlarında bir qrup ukraynalı hərbçi Rusiyanın Bryansk vilayətinə daxil olub.

DOSYE.ORG “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı vilayətin qubernatoru Aleksandr Boqomaza istinadən Rusiya mediası yayıb.

Şahidlərin sözlərinə görə, ukraynalı hərbçilər sərhədə yaxın Lyubeçane kəndində avtomobili atəşə tutublar və nəticədə 1 nəfər həlak olub.

Bununla yanaşı, Boqomaz qeyd edib, Lyubeçane kəndinin yaxınlığında yerləşən Suşanı kəndində mülki obyektə pilotsuz uçuş aparatı ilə hücum edilib. Nəticədə obyektdə yanğın baş verib. Xəsarət alanlarla bağlı məlumat verilməyib.

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) Ukrayna hərbçilərinin sözügedən vilayətə hücumu ilə bağlı yayılan məlumatı təsdiq edib.

Hazırda ukraynalı hərbçilərin axtarışı ilə bağlı əməliyyat davam etdirilir.

Rusiya Prezidenti Vladimir Putin hadisəni terror aktı adlandırıb.

COMMENTS