Ukraynalı zabit: “Azərbaycanın göstərdiyi yardım əvəzsizdir” – FOTO

Ukraynalı zabit: “Azərbaycanın göstərdiyi yardım əvəzsizdir” – FOTO

Azərbaycan hökuməti və yerli diaspor müharibə başlayandan bəri Ukraynaya əvəzsiz yardımlar göstərib.

DOSYE.ORG xəbər verir ki, bunu Ukrayna ordusunun zabiti, azərbaycanlı Murad Nəsirov “Diaspora TV”də jurnalist Həmid Həmidovla söhbətində deyib.

Onun sözlərinə görə, müharibənin əvvəlində diaspor Azərbaycan vətəndaşlarının Ukraynadan çıxarılması üçün ayrıca qatar təşkil edib, ancaq ukraynalılar da bu qatardan istifadə edə bilərdilər: “Bu qatarın vəsaitini tamamilə Azərbaycan diasporu ödəyib və özünü ən yaxşı tərəfdən göstərdi”.

Ukraynalı zabit Azərbaycanın mütəmadi olaraq Ukraynaya humanitar yardım göndərdiyini də xatırladıb: “2022-ci ilin mart ayında biz SOCAR yanacaqdoldurma məntəqəsinə getdik. Mənim maşınımda həmişə Azərbaycan və Ukrayna bayraqları olub. Bizə dedilər ki, yanacaq doldurulma pulsuzdur. Yəni müharibə başlayanda SOCAR kömək edib, indi də edir. Təcili yardım maşınları, hərbçilər və könüllülər pulsuz yanacaq doldururlar”.

COMMENTS