Ukraynanın əməkdar artisti Bakıya gələcək

Ukraynanın əməkdar artisti Alla Kuşnir Bakıya gələcək.    Bu haqda rəqqasənin rəfiqəsi, aparıcı Zemfira Adıgözəlova deyib.  

 

O, sənətçinin sentyabrın 7-də Bakının qonağı olacağını bildirib:   “Bu, konsertlə bağlı deyil. Burada yeni layihələrlə bağlı danışıqlar aparacağıq. Bizi sevənlərə sürprizlər hazırlayırıq”.  Qeyd edək ki, ukraynalı rəqqasə bir neçə dəfə Bakının qonağı olub, toy məclisində iştirak edib.  

 

/Axşam.az/

COMMENTS