Ukraynanın Baş nazirindən açıqlamalar

Ukraynanın Baş naziri Arseni Yaçenyuk ölkəsinin yeni müdafiə doktrinasına ehtiyac olduğunu açıqlayıb.

Dosye.az Axar.az-a xəbər verir ki, Yaçenyuk Nazirlər Kabinetinin açılış konfransında Rusiyanın Ukrayna torpaqlarının bütövlüyünü təhdid edən yeganə ölkə olduğunu vurğulayıb. Yaçenyuk ABŞ-ın Ukraynanın əsas ortağı olduğunu, NATO-dan da “xüsusi ortaq statusu” almağı hədəflədiklərini bildirib.

Ukraynanın blokdan kənarda qalma siyasətini ləğv edən qanunun hökumət tərəfindən hazırlandığını xatırladan Baş nazir Yaçenyuk bu layihənin ən qısa zamanda parlament tərəfindən qəbul edilməsi lazım olduğunu qeyd edib. Yaçenyuk Rusiyaya tətbiq edilən sanksiyaların qanunun qəbul edilməsindən dərhal sonra tətbiq olunmasının vacib olduğunu vurğulayıb.

Yaçenyuk həmçinin Ukrayna-Rusiya sərhədinə divar inşa ediləcəyini bəyan edib.

COMMENTS