Ukraynanın təhlükəsizlik təminatı ilə bağlı ilk sənəd hazırlanır

Ukraynanın təhlükəsizlik təminatı ilə bağlı ilk sənəd hazırlanır

Ukrayna 29-30 avqust tarixləri üçün ölkənin təhlükəsizlik təminatı ilə bağlı ilk sənədin hazır olacağını düşünür.

Herbiand.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin ofis rəhbəri Andrey Yermak Estoniya, Latviya, Litva, Polşa, Rumıniya və Macarıstan liderlərinin məsləhətçiləri ilə görüşdən sonra deyib.

“Ayın sonuna kimi, düşünürəm ki, 29 yaxud 30 avqustda cənab Rasmussenlə ilk sənədin hazır olacağını gözləyirik. Hazırda həmin sənəd üzərində işləyirik”, – Yermak deyib.

Yermak sənədlə tanış olduğunu və onun yaxşı hazırlandığını deyib.

COMMENTS