Almaniya vəd etdiyi dörd IRIS-T hava hücumundan müdafiə sistemindən ikincisini Ukraynaya göndərib.
Modern.az xəbər verir ki, bu barədə “Spiegel” jurnalı məlumat yayıb.
Nəşrin yazdığına görə, zenit müdafiə sistemi və 16 ədəd sursat Ukraynaya bir neçə gün əvvəl çatdırılıb. Digər iki sistemin hələ istehsal olunmadığı üçün nə vaxt təhvil veriləcəyi bəlli deyil.
COMMENTS