“Ülfət” Əlillər Cəmiyyəti tədbir keçirtdi

“Ülfət” Əlillərin Sosial Problemlərinin Həllinə Yardım İctimai Birliyi Azərbayacan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 2015-ci il Parlamaent seçkiləri-Əlillərin Seçki aktivliyinin artırılması və maarifləndirilməsi adlı layihəsinin ictimai müzakirəsi baş tutdu.

 “2015-ci il Parlamaent seçkiləri-Əlillərin Seçki aktivliyinin artırılması və maarifləndirilməsi”ictimai müzakirədə QHT və müxtəlif idarə və müəssisələrin işçiləri, gənclər, ictimai fəallar iştirak edib. Tədbiri giriş sözü ilə layihənin rəhbəri Səbinə Kərimova layihə barədə tədbir iştirakçılarına məlumat verib.O,layihənin əlil secicilərin parlament seçkilərində daha da aktiv iştirakına təkan vereceyini qeyd edib və məhz bu gün artıq son müzakirə olduğunu qeyd edib.

Layihə əlil seçicilərin fəallığının artırılması, onların seçki prosesinə cəlb edilməsi, maarifləndirilməsindən bəhs edir. Bununla da əlillərin seçki hüququnun müdafiəsi və seçkilərin şəffalığına yardım edilməsi təmin ediləcəyini vurqulayıb. Əlillərə bu günki problemlərini də işıqlandıraraq,öz hüquqlarının tələb etməyə caqırıb.Sonra seçki məcəlləsi,konstutusiyası,ölkəmizin BMT-nin qarşısında əlil hüquqlarına dair götürdüyü öhdəlikərdən geniş danışıb.

Sonra layihənin ekspertlər şurasının üzvü, Azər Rəşidov çıxış etdi. O, Seçki hüququnun anlayışı,əhəmiyyəti və prinsiplərindən danışıb. Hər bir müstəqil ölkədə hüquqi dövlət quruculuğunun formalaşması isə demokratik prinsiplərə əsaslanan seçki hüququ ilə təmin edilir.Ölkəmiz müstəqillik qazandıqdan sonra özünün dövlət institutlarının yaradılması ilə yanaşı, bu təsisatların seçki hüququ əsasında formalaşdırılması məqsədilə qanunvericilik bazasının işlənib hazırlanması prosesinə də başlanılmışdır.

Daha sonra tədbirdə iştirak edən ƏSMM nin nümayəndəsi Cabir Sultanov, Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda Cəmiyyət Sumqayıt Komitəsinin Sədri Mehdi Novruzov, Qarabağ Əlilləri, Şəhid Ailələri Rahib Xeyriyyə Cəmiyyətinin Sədr Müavini Safura Quliyeva,Azərbaycan Qadınlar Cəmiyyəti Sumqayıt şöbəsi Sədri Məleykə Məmmədova öz fikirləri ilə bölüşdülər. Çıxışçılar hər biri öz fikirlərini bölüşərək, tədbirin əhəmiyyətindən danışdılar.

Dosye.org

COMMENTS