Unibank müştərisini aldatdı: — “Taksitkart fırıldağı”

Vətəndaş Mərziyyə Məmmədova Unibank tərəfindən istehlakçı hüquqlarının pozulduğunu deyir.

Aktual.az xəbər verir ki, bu barədə xanım öz “facebook” səhifəsində qeyd edib. O bildirib ki, Unibankdan aldığı taksit kartının xidmətlərində adı qeyd olunan mağazada alış-veriş etmək istəyərkən mağaza bundan imtina edib. Əsas gətirilib ki, Unibankın taksit kartı ilə alış-veriş etmək bu mağazada mümkün deyil. Şikayətçi isə qeyd edir ki, kartı əldə edərkən həmin mağazanın adı siyahıda olub.

Unibank xanımın “facebook”da yazdıqlarına cavab olaraq qeyd edib ki, məsələ araşdırılır.

COMMENTS