“Unibank”da hesab açan dələduzlar vətəndaşları bu şəkildə aldadır- FOTOFAKT…

“Unibank”da hesab açan dələduzlar vətəndaşları bu şəkildə aldadır- FOTOFAKT…

“Liman Konserv zavodu”nda dələduzluğun qurbanı olan daha bir vətəndaş redaksiyamıza şikayət etdi…
Bir neçə gün öncə Lənkəran şəhər sakini Məmmədli Şəhriyar İqbal oğlu redakiyamıza şikayət edərək “Liman Konserv zavodu”na işə düzəlmək istəyərkən aldadıldığını bildirmişdi.
Şikayətçi  şikayətində bildirirdi ki, o, iş elanında göstərilən nömrəylə əlaqə saxladıqdan sonra onların göstərişi əsasında “Unibank”da Şahbazov Ramil Qurban oğlunun hesabına 45 manat pul köçürüb. Daha sonra isə dələduzlar telefonları söndürərək onunla əlaqəni kəsiblər.
Bu gün isə daha bir vətəndaş redaksiyamıza şikayət edərək o da eyni dələduzluğun qurbanı olduğunu bildirib. Ağsu rayon sakini Əvəzli Orxan Əzizağa oğlu ötən həftə adı çəkilən Habil və R.Şahbazov tərəfindən aldadıldığını bildirib:
“Saytınızda Ş.Məmmədlinin aldandığını gördükdən sonra düşündüm ki, mən də sizə müraciət edim. Mən Habil adlı şəxslə əlaqə saxladım və o, mənə dedi ki, işçilərin sığorta məsələsini həll etmək üçün bu başdan 45 manat rüsum ödəməlisən. Mən də onun göstərişi ilə R.Şahbazovun “Unibank” hesabına deyilən məbləği ödədim. Daha sonra isə mənimlə əlaqə kəsildi. İndi danışdığım heç bir nömrəylə əlaqə saxlaya bilmirəm. Xahiş edirəm aidiyyatı orqanlar bizə köməklik etsin”.
DOSYE.ORG
 

COMMENTS