Top.Mail.Ru

Universitetdə distant təhsil texnologiyalarının tətbiqi yolu ilə online-virtual dərslər keçilir

Universitetdə distant təhsil texnologiyalarının tətbiqi yolu ilə online-virtual dərslər keçilir

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan olunan koronavirus (COVID-19) epidemiyasının yaratdığı mövcud vəziyyətlə əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan olunan karantin və məzuniyyət günlərində ali məktəblərin yaz semestri üzrə tədris materiallarını tələbələrə çatdırmaq, onların imtahan sessiyasından əvvəlki hazırlığına nail olmaq məqsədilə respublikamızın əksər universitetlərində olduğu kimi Gəncə Dövlət Universitetində də distant təhsil texnologiyalarının tətbiqi yolu ilə online-virtual dərslər keçilir .

Universitetdə onlayn dərslərin tədrisi tələbələrin tədrisdən geriləməməsinə xidmət edir. Respublikamızın ali təhsil məkanında bu cür tədris prosesi ilk dəfə olaraq tətbiq olunur. Bu distant təhsil texnologiyası olmaqla, tədrisin məsafədən təşkilidir və Gəncə Dövlət Universitetinin facebook səhifəsi üzərindən, eləcə də youtube sosial şəbəkəsi üzərindən yayımlanır. Keçilən bu dərsləri canlı baxışdan əlavə, sonrakı vaxtlarda da izləmək və qulaq asmaq mümkündür. Məlumat üçün qeyd edək ki, Azərbaycan ali təhsil sistemində hələ indiyə qədər belə bir təşviqat kompaniyası keçirilməmişdir.

Artıq valideyin “evdəqal” kampaniyasına uyğun olaraq öz övladları ilə birgə bu dərsləri izləyir və görür ki, onun övladına kimlər dərs keçir. Əlbəttə, canlı keçilən bu dərslər böyük məsuliyyət tələb edir. Bu günlərdə təsadüfən youtube sosial şəbəkəsi üzərindən birbaşa canlı yayımda belə dərslərdən birinə rast gəldim. Mühazirəçi Gəncə Dövlət Universitetinin dosenti, texnika üzrə fəlsəfə doktoru Elçin Cavadov idi. Mövzular “Yanma prosesi və maddələrin yanğın təhlükəli xassələri” və “Yanğınsöndürmə vasitələri və onlarla işləmə qaydaları” idi. Bu mövzular diqqətimizi cəlb etdi. Mövzuların aktual olduğunu və geniş oxucu auditoriyasının marağını nəzərə alıb hər iki dərsin videosunu yayımlamaq qərarına gəldik.

DOSYE.ORG

COMMENTS