Universitetdən xaric edilən tələbə özünə qəsd etdi

Ağstafa rayon sakini özünü kəndirlə asaraq intihar edib.

 

Ağstafa Rayon Prokurorluğundan verilən məlumata görə hadisə rayonun mərkəzində Səməd Vurğun küçəsində baş verib. Rayon sakini, 1992-ci il təvəllüdlü Nicat Həsənov yaşadığı evdə özünü asaraq intihar edib.

Məlumata görə, N. Həsənov Rusiyada tibb universitetində oxuyurmuş. Oradan xaric olunduqdan sonra rayonda babası ilə yaşayırmış. N. Həsənov ölümündən əvvəl atasına məktub da yazıb. Nicat məktubunda ondan adam olmayacağını, anasının yanına getdiyini, anasının onu qoruyacağını yazıb.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma gedir. (APA)

COMMENTS