“Ürəyimdən keçən heç-heçə idi” – Rəşad Sadıqov

“Ürəyimdən keçən heç-heçə idi” – Rəşad Sadıqov

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Qəbələ” ilə Premyer Liqanın 19-cu turunu görüşü (0:0) ilə bağlı fikirlərini bildirib.

Qol.az-ın xəbərinə görə, oyundan sonra keçirilən mətbuat konfransında bildirib ki, oyun haqqında danışılacaq çox şey yoxdur: “Ədalətli nəticə heç-heçə idi”.

Sadıqov deyib ki, qəribə oyun alınıb, görüş bir sutka idi bitmirdi: “Dünən əlverişsiz hava şəraitinə görə oyun ikinci hissədə dayandırıldı (65-ci dəqiqədə – red.). Belə məqamlarda komandanı tonusda, konsentrasiyada saxlamaq çox çətindir. Hər iki komandanın futbolçularını təbrik etmək istəyirəm. Açığı, ürəyimdən keçən o idi ki, heç-heçə bitsin. Futbolçuların əziyyətinə heyfim gəlirdi, kiminsə bu gün məğlub olmasını istəmirdim. Dünənki hava şəraiti çox ağır idi. Uşaqlar yaxşı mübarizə apardılar. Hər iki tərəfin istər dünən, istərsə də bu gün qol epizodları oldu. Elə ədalətli nəticə heç-heçə idi”.

DOSYE.ORG

COMMENTS