Rusiyanın “Ural” klubunun prezidenti Qriqori İvanov VAR-ın ölkə futbolundan çıxarılmasına çağırıb.
Fanat.Az “Sportsdaily” saytına istinadən xəbər verir ki, klub rəhbərinin fikrincə, Rusiya futbolunda VAR-ın ləğvi keyfiyyətsiz işləyən yerli hakimlərin irəliləyişinə səbəb olacaq.
Qeyd edək ki, VAR sistemi Rusiya Premyer Liqasında ilk dəfə 3 aprel 2019-cu ildə tədbiq olunub.
COMMENTS