İraq-Şam İslam Dövləti (İŞİD) terror təşkilatının təlim düşərgəsindən qaçan iraqlı oğlan gənc döyüşçülərin yetişdirilməsi qaydaları barədə danışıb. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, həmin düşərgədə oğlan uşaqlarına silahla davranış və insanların necə edam edilməsi öyrədilir.
Həmin düşərgədən qaçan iraqlı oğlan deyib ki, onlar qılıncla kukla başı kəsməyə məcbur ediliblər. 14 yaşlı Yəhyanın sözlərinə görə, təlimdə heç cür dəqiq zərbə vura bilməyib, bu zaman məşqçi yaxınlaşaraq ona qılıncı necə tutmağı öyrədib.
O, İraqın şimalındakı həmin düşərgədə 120-ə yaxən uşağa qəddarlıqla bağlı təlimlər keçirildiyini də bildirib. Yəhya qeyd edib ki, oradakı uşaqların hamısı yezidi kürdləri olublar və İŞİD yaraqlıları onları öz inanclarını unutdurmağa məcbur edib. Onlar terrorçular ötən il bu torpaqları zəbt edəndə əsir götürülüblər, bütün yezidi kişiləri qırıblar, qadın və qızları isə qul kimi aparıblar.
Yəhyanın sözlərinə görə, düşərgədə hazırlıq şərtləri çox sərt olub, uşaqlar daim təzyiqlə üzləşiblər. Bir dəfə onu 10 yaşlı qardaşı ilə boğuşmağa məcbur ediblər və onun dişini qırıb.
Yeniyetmə həmin düşərgədə 5 ay olub. Təlim gündə 10 saat davam edib, fiziki hazırlıqdan, silahla işləməkdən və “Quran” oxumaqdan ibarət olub. O, düşərgədən mart ayının əvvəllərində, yaraqlılar xüsusi əməliyyata gedib az sayda mühafizəçi saxladıqları vaxt qaçıb. Yəhya ilə birlikdə qardaşı və dostlarından biri də düşərgədən qaçmağa nail olublar. Yeniyetmə hazırda İrqdakı kürd şəhəri Doxukda yaşayır.
COMMENTS