Yol polisindən şikayət: Sürücülər qeyri qanuni saxlanılır


Yol polisindən şikayət: Sürücülər qeyri qanuni saxlanılır

Font ölçüsü

Ucar rayonu Gəraybəyli kənd sakini Məmmədov Sabir Qorxmaz oğlu tərəfindən şikayət məktubu daxil olub. Vətəndaş iddia edir ki, Səbail Rayol Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları heç bir əsas olmadan qanunu kobud şəkildə pozublar.

Səbail Rayol Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları vəzifə səlahiyyətlərindən sui-istifadə edib mənə qarşı qanunsuzluq ediblər.Belə ki, 04 mart 2018-ci il tarixdə Bakı şəhərində Səbail rayon ərazisində Bayıl qəsəbəsi istiqamətində təyin edilən sürətlə heç bir yol hərəkət qaydasını pozmadan özümə məxsus 90 FU 616 nömrəli Mazda markalı avtomobilimlə hərəkətdə olan zaman Səbail RPİ-nin DYPB-nin əməkdaşları məni saxladıb qanunsuzluq etdilər. Sürət həddini aşmağımı bildirdilər. Həmin vaxt avtomobilimdə ailə-uşağımın olması məni çox narahat etdi. Polis əməkdaşları məni aldadıb bildirdilər ki, izahat yazki sürət həddini aşmısan səni buraxaq çıx get.Məndə avtomobildə olan ailəmə görə narahatlıq yaranmasın deyə həmin izahatı polis əməkdaşlarının diktəsi ilə yazdım. Bundan sonra onlar avtomobilimi cərimə meydanına gətirdilər.Avtomobilimin buraxılması üçün məndən 500 manat pul istədilər.Qeyd edim ki. mən 04 mart 2018-ci il tarixdə Səbail rayon ərazisində heç bir yol hərəkəti qaydasını pozmamışam ki, bunu təsdiq edən müşahidə kameraları var.Əgər həmin ərazidə olan müşahidə kameralarına baxış keçirilərsə bu tam subut olacaq.Səbail Rayol Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları Sadiq Əsədov, Sahil İbrahimli və Elşən Ağamalıyevin mənə qarşı tətbiq etdikləri prorokol tam qanunsuz və saxtadır.Bu korrupsiyaya qurşanmış 3 polis əməkdaşlarının fəaliyyətlərinin obyektiv araşdırılması üçün həmin sözügedən ərazidəki müşahidə kameralarına baxış keçirilməlidir və onların barələrində ciddi tədbirlər görülməlidir.Bu minvalla 3 soyğunçu polis əməkdaşı çoxlusayda vətəndaşları talan etmişdilər.Polis əməkdaşı Elşən Ağamalıyev bu işi araşdırsada onun buna heç bir qanunu səlahiyyəti yoxdur. Mən mətbuat vasitəsi ilə Daxili İşlər Naziri cənab Ramil Usubova müraciət edirəm.Hörmətli nazir sizin rəhbərliyinizlə Azərbaycan Respublikasının Daxili İşlər Orqanlarında yüksək nizam-intizam yaradılmışdır.Ancaq çox təssüf olsun ki, adlarını qeyd etdiyim Səbail RPİ-nin DYPB-nin 3 əməkdaşı Sadiq Əsədov, Sahil İbrahimli və Elşən Ağamalıyev öz maddi maraqlarına görə dövlət qanunlarını tapdayıb polis adına ləkə gətirirlər.Buna görə Sizdən xahiş edirəm bu şikayətimi mənim iştirakımla yerində obyektiv araşdırllıb qanuna müvafiq tədbirlərin görülməsinə tapşırıq verəsiniz.Mən Sizin ədalətinizə səmimi olaraq inanıram.

Dosye.org

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.