Ceyhun Musaoğludan mərhum jurnalistlərin ailələrinə dəstək təklifi


Ceyhun Musaoğludan mərhum jurnalistlərin ailələrinə dəstək təklifi

Font ölçüsü

“Biz sağıq, amma onlar dünyalarını dəyişiblər. Mətbuatın inkişafında, cəmiyyətin dolğun və operativ informasiya ilə təminatında mərhum jurnalistlərimizin rolu danılmazdır. Dünyasını dəyişən həmkarlarımızın hər biri sağlığında tanınmış imza olublar. Biz dirilərin borcu onların ailələrinə qayğı göstərməkdir. Təəssüf ki, sağ jurnalistlər mərhum jurnalistlərdən mənəvi mənada aralı düşüblər”.

Müstəqil.Az xəbər verir ki, bu fikirləri Azərbaycan Mətbuat Şurasının VII qurultayındakı çıxışı zamanı Jurnalist Ekspert Mərkəzinin sədri, Azerfaks.az informasiya portalının redaktoru Ceyhun Musaoğlu səsləndirib.

JEM sədri maraqlı təklif də irəli sürüb. C.Musaoğlu deyib ki, mərhum jurnalistlərin ailələrinə dəstək məqsədi ilə fondun yaradılması zəruridir. Fond mərhum jurnalistlərin ailələrinə maddi yardım şəkilində dəstək göstərəcək.Maliyyənin mənbəyinə gəldikdə isə JEM sədri bu işdə dövləti əziyyətə salmağın tərəfdarı olmadığını bildirib: “Dövlət jurnalistlərin qayğısına az qalımır. Prezident İlham Əliyevin sərəncamları ilə jurnalistikaya mütəmadi maddi yardımlar ayrılır. Biz öz həmkarlarımıza dəstək olmaq istəyiriksə bu işi məvacibimizin, qonorarımızın hesabına görsək, daha yaxşı olar. Bir nəfərin verəcəyi 5 manat böyük məbləğ deyil, amma bu manatlar bütün redaksiyaların, qurumların mətbuat xidmətlərinin hesabına toplansa, böyük məbləğ edir”.

JEM sədri çıxışında maliyyənin toplanması mexanizmini göstərməsə də, qurumdan yayılan məlumatda qeyd olunur ki, hər ay KİV redaksiyaları əməkdaşa verilən məvacibdən 5 manat saxlayır. O pullar bankda açılan xüsusi hesaba toplanır. JEM hər ay yığılan pullar barədə redaksiyların adlarını göstərməklə açıqlamalar yayır. Təbii ki, hər redaksiya banka nə qədər pul yatızdırdığını bilir. Beləliklə şəffaflıq qorunur.

Bəs yığılan pullar mərhum jurnalistlərin ailələri arasında necə bölünür? JEM bunun da sadə həlli yolunu təklif edir. Məlumatda bildirilir ki, bütün mərhum jurnalistlərin siyahısı tutulur. Siyahı həmkarlarımızın soyadlarına uyğun olaraq, əlifba sırası ilə hazırlanır. Hər ay yığılan maddi yardım 200 manatlara ayrılaraq, sıra ilə ailələrə təqdim olunur. Məsələn 3 min manat yığılıbsa, bölünür 200 manata. Yəni hər ay 15 ailə 200 manatla təmin olunacaq. Siyahdakı adlar bitəndən sonra, proses yuxarıdan aşağı təkrar olunacaq.

JEM-dən verilən açıqlama C.Musaoğlunun bu fikirləri ilə yekunlaşır: “Nazim Hikmət deyirdi: “Yaşamaq bir ağac kimi, tək və hür. Və bir orman kimi qardaşcasına”. Biz həmkarlarımızla qardaş olmalıyıq. Qardaşlığın isə o dünyası, bu dünyası olmur. Həm də mənəviyyat rahatlıq tapanda insan özünü çox gümrah və dəyərli sayır. Biz həmkarlarımıza göstərdiyimiz qayğı ilə həm də özümüzün mənəvi aclığımızı doydurmuş oluruq. İnsan düşünəndəki onun cüzi yaxşılığı ilə başqalarına sevinc bəxş olunur, özünü xoşbəxt, lazımlı və rahat hiss edir”.

Dosye.org

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.