Qarabağın həlli üçün başqa mexanizm yoxdur - ATƏT PA-nın sədri


Qarabağın həlli üçün başqa mexanizm yoxdur - ATƏT PA-nın sədri

Font ölçüsü

"ATƏT bütün münaqişələrə aktiv cəlb olunub. ATƏT Parlament Assambleyası üçün əsas prioriterlərdən biri münaqişələrdə vasitəçilik missiyası və münaqişələrin sülh yolu ilə həllidir".

Bunu Bakıda səfərdə olan ATƏT Parlament Assambleyasının sədri Georgi Tsereteli jurnalistlərə açıqlamasında deyib.

"Biz dəfələrlə açıq şəkildə bəyan etmişik ki, müəyyən məsələlərdə, o cümlədən həlli uzanan münaqişələrlə bağlı boşluqlar var. Bu, Dağlıq Qarabağ münaqişəsinə də aiddir. Biz ATƏT in Minsk qrupunun səylərini dəstəkləyirik. Münaqişənin həlli üçün başqa mexanizm yoxdur. Sülh yolu ilə həll yeganə yoldur", - deyə ATƏT Pa sədri vurğulayıb.

Dosye.org

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.