ADU-da qalmaqal böyüdü, deputat qarışdı


ADU-da qalmaqal böyüdü, deputat qarışdı

Font ölçüsü

Milli Məclisin deputatı, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı son vaxtlar Azərbaycan Dillər Universitetinin əməkdaşının işindəki nöqsanlarla bağlı YAP Nəsimi rayon təşkilatının adının hallandırılmasına münasibət bildirib.

Dosye.org-a bununla bağlı sualına millət vəkili aşağıdakı cavabı verib:

“Doğrusu mən də bu məsələni təsadüfən mətbuatdan oxudum və çox təəccüb etdim. Belə məsələlərdə jurnalistlər məncə dəqiqləşdirmə aparsalar, daha yaxşı olardı.

Çox təəssüf ki, bəzi mətbuat səhifələrində Azərbaycan Dillər Universitetində əmək münasibətləri zəminində baş vermiş bir hadisəni yanlış və yalan məlumatla şişirtməyə çalışırlar. YAP Nəsimi rayon təşkilatının sədri kimi bildirmək istərdim ki, partiyanın Rəşid Behbudov küçəsi 134 üzrə İlk Ərazi təşkilatının Qadınlar Şurasının Vüsalə Ağabəyli adlı sədri yoxdur. Görünür o, özü özünü sədr elan edib.

Çünki onun bu vəzifəni daşıması üçün Qadınlar Şurasının hesabat seçki yığıncağı keçirilməlidir. Bu seçkilərin keçirilməsi isə partiyanın nizamnaməsinə uyğun olaraq, bu il nəzərdə tutulub.

Vüsalə Ağabəylinin çalışdığı universitetdə qarşılaşdığı əmək mübahisəsində partiyanın adının hallandırmağa çalışması görünür, onun vaxtilə “Xural” qəzetində qazandığı qərəzli təcrübədən və zərərli peşə vərdişlərindən qaynaqlanır. Universitet müəllimi kimi yaxşı olar ki, o, üzləşdiyi problemlə bağlı yalan, qarayaxma və böhtan vasitələrindən deyil, qanununun aliliyindən istifadə etsin”.(Modern.az)

Dosye.org

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.