Direktor məktəblinin intiharı ilə bağlı danışdı: Davamiyyəti normal olub


Direktor məktəblinin intiharı ilə bağlı danışdı: Davamiyyəti normal olub

Font ölçüsü

Məktəb direktoru fevralın 9-na keçən gecə Biləsuvar rayonunda məktəbli oğlanın intiharı ilə bağlı danışıb.

Dosye.org Modern.az-a istinadən xəbər verir ki, intihar edən məktəblinin təhsil aldığı Çinarlı kənd orta məktəbinin direktoru Təzəbəy Ağayev publika.az-a bildirib ki, həyatına son qoyan 15 yaşlı Asəf müsbət xarakterli şagirdlərdən olub: “Sonuncu dəfə fevralın 8-də dərslərində iştirak edib, davamiyyəti normal olub. Görünür ailədə nə isə söz-söhbət olub. Hər bir ailədə belə xırda narahatlıqlar ola bilər. Uşaq da gedib özünə qəsd edib”.

Qeyd edək ki, rayonun Çinarlı kəndində kənd sakini, 2004-cü il təvəllüdlü Asəf Xeyrulla oğlu Həsənovun özünü qonşunun bağında ağacdan asaraq intihar etməsi ilə bağlı Biləsuvar rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. Araşdırma aparılır.

Dosye.org

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.