Azərbaycan və Gürcüstanın sərhədyanı rayonlarının əməkdaşlıq perspektivləri müzakirə olunub


Azərbaycan və Gürcüstanın sərhədyanı rayonlarının əməkdaşlıq perspektivləri müzakirə olunub

Font ölçüsü

Tbilisidə Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində Azərbaycan və Gürcüstanın transsərhəd rayonlarının qeyri hökumət təşkilatları, gənclər təşkilatları və gənc sahibkarlıq subyektlərinin nümayəndələrinin iştirakı ilə seminar keçirilib.

“Gənc Sahibkarlıq Senerjisi (YES!) Gürcüstan-Azərbaycan trans-sərhəd əməkdaşlıq üçün şəbəkə” layihəsi çərçivəsində keçirilən tədbirdə ölkəmizin Qazax və Ağstafa, Gürcüstanın Saqareco və Qardabani rayonlarından nümayəndələr iştirak ediblər.

Mediaxeberleri.az xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin rəhbəri, “Qərb Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək” İctimai Birliyinin(İB) sədri Ramil Göyüşov tədbirdə çıxış edərək regionalımızın sosial- iqtisadi inkişafı istiqamətində həyata keçirilən layihələr, ölkədəki tolerantlıq, multikulturalizm barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycanda dini, irqi və milli mənsubiyyətindən asılı olmayaraq bütün insanlar bərabər hüquqludur və dövlət tərəfindən hamıya eyni münasibət bəslənilir.

Seminarda iki ölkənin transsərhəd regionları arasında siyasi, sosial- iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələrin inkişaf perspektivləri, bu istiqamətdə qeyri-hökumət və gənclər təşkilatlarının rolunun artırılması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı iki ölkənin regionları arasında əməkdaşlığın inkişafına dair memorandum imzalanması məqsədəuyğun hesab olunub.

Dosye.org

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.