Rusiya öz vətəndaşlarına Azərbaycana getməyi tövsiyə etmir


Rusiya öz vətəndaşlarına Azərbaycana getməyi tövsiyə etmir

Font ölçüsü

Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) Azərbaycana səfər etməyi planlaşdıran erməni əsilli vətəndaşlara risklər barədə xəbərdarlıq edib.

“Rusiya tərəfinin çoxsaylı müraciətlərinə baxmayaraq, erməni əsilli şəxslər Azərbaycan Respublikasına buraxılmır”.

Rusiya XİN-in öz saytında dərc etdiyi məlumatda belə deyilir.

XİN-in məlumatında bildirilir ki, Azərbaycan tərəfi Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasını əsas gətirərək, hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq, erməni əsilli şəxslərin ölkəyə buraxılmasına icazə vermir:

“Bu həmin şəxslərin təhlükəsizliyinin təmin edilə bilməyəcəyi ilə əlaqələndirilir. Rusiya tərəfinin etnik diskriminasiyanın yolverilməz olması barədə bütün müraciətləri cavabsız qalıb. Buna görə, Rusiya vətəndaşlarına Azərbaycana gedərkən mövcud vəziyyəti nəzərər almağı və riskləri gözdən keçirməyi tövsiyə edirik”.

DOSYE.ORG

Xəbər Lenti

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.