Çeçenlər Moskvada azərbaycanlılara hücum etdi – yaralılar var


Çeçenlər Moskvada azərbaycanlılara hücum etdi – yaralılar var

Font ölçüsü

Martın 12-də axşam üç naməlum şəxs Moskvanın Krasnıy Zor küçəsində şin montajı emalatxanasının əməkdaşlarına hücum edib.

Bu haqda Modern.az Rusiya KİV-nə istinadən xəbər verir.

Məlumata görə, hücum edənlər iki azərbaycanlıya bıçaqla zərbələr endiriblər və qaçıb gizləniblər. Habelə silah səsləri eşidilib. Hücumun motivi bəlli deyil.

Polis əməkdaşları Aminyevsk şossesində şübhəlilərdən birini tutublar. Onun “Mercedes” avtomobilində hərəkətdə olduğu bildirilir. İlkin məlumata görə saxlanılan şəxs Çeçenistan sakinidir və Moskvada yaşayır.

Yaralılar kəllə-beyin travmaları, kəsilmiş-deşilmiş yaralar və odlu silah yaraları ilə xəstəxanaya yerləşdiriliblər. Hücum edənlər travmatik tapança tətbiq edib. Hadisə ilə bağlı cinayət işi qaldırılıb.

DOSYE.ORG

Xəbər Lenti

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.