Bakı Şəhər İcra Hakimiyyəti Qarabağ Komitəsinin mitinqlə bağlı müraciətini cavablandırıb


Bakı Şəhər İcra Hakimiyyəti Qarabağ Komitəsinin mitinqlə bağlı müraciətini cavablandırıb

Font ölçüsü

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Qarabağ Komitəsinin mitinqlə bağlı müraciətini cavablandırıb.

BŞİH-də müraciətə baxılıb, Komitənin martın 16-da Yasamal rayonu, İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul”) mitinq keçirməsinə razılıq verilməyib.

“Sizin təkrar mitinq keçirilməsi haqqında müraciətinizlə bağlı bildiririk ki, torpaqlarımızın tezliklə azad olunması, ərazi bütövlüyümüzün təmin olunması Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində həll edilməsi və tarixi ədalətin milli dövlətçilik maraqlarımız əsasında bərpa olunması istiqamətində möhtərəm Prezidentimiz cənab İlham Əliyev ölkə daxilində və beynəlxalq miqyasda zəruri addımlar atır. Ermənistanın təcavüzkar siyasəti bütün görüş və yığıncaqlarda ifşa olunur.

“Eyni zamanda onu da nəzərinizə çatdırırıq ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar, atılan addımlar kütləvi informasiya vasitələri ilə mütəmadi olaraq işıqlandırılır”, – BŞİH-dən bildirilib.

DOSYE.ORG

Xəbər Lenti

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.