Vaqif Əsədov nədən və kimdən gileylənir?


Vaqif Əsədov nədən və kimdən gileylənir?

Font ölçüsü

Son günlər ölkə mətbuatında ən çox müzakirə olunan mövzülardan biri Baş Dövlət Yol Polisi İdarəsində və sözügedən dövlət qurumuna tabe olan şəhər və rayon şöbələrində baş verən xoşagəlməz hadisələrdir.

Məlumat üçün bildirək ki, YPX-nin əməkdaşları ilə bağlı sosial şəbəkədə yayımlanan videoçəkilişlər zərrə qədərdə olsa Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayor Ramiz Zeynalovu narahat etmir. 

Bu barədə kifayət qədər arqumentlər və dəlillər gətirmək olar. Dosye.org-ın bildirdiyinə görə, təkcə problem rəhbərliklə bağlı deyil. Elə götürək Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədovu. Bu şəxs haqqında daha geniş məlumat verməyə ehtiyac yoxdur. Onu nəzərinizə çatdıraq ki, 2013-cu ildə işində yol verdiyi ciddi nöqsanlara görə Vaqif Əsədov tutduğu vəzifədən uzaqlaşdırıldı.

Əslində onun ümumiyyətlə polis orqanlarından xaric ediləcəyi bildirilsədə sonradan məlumatlar özünü doğrultmadı. Özünün dediyinə görə güya yaş həddi ilə əlaqədar təqaudə çıxacağı günü səbirsizliklə gözləyir. Təbii ki, tək Vaqif Əsədov deyil, bütün sahənin əməkdaşları zamanı gələndə xidməti vəzifəsindən azad olunaraq təqaudə göndərilir.

Lakin Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov giley-güzar etməyi başadüşülən deyil. Hörmətli Vaqif Əsədov, axı siz əldə etdiyiniz mülklər və digər obiyektləri əmək haqqı ilə əldə etməmisiniz. Sizə qarşı rüşvət ittihamı da irəli sürə bilmərik. Buna əz azından sübüt və dəlil olmalıdır. Amma etibarlı mənbəmizin verdiyi məlumatlara görə, işlədiyiniz dövürdə “xalturanızda” az olmayıb. Hətda özünün evi olmadığına görə, jurnalistlər üçün inşa edilən binadan ev alaçağını deyib. Məmuniyyətlə razılaşarıq ki, xidməti olan hər bir kəs evlə təmin olunmalıdır. Sizin evinizin olmadığı isə heç bir halda inandırıcı görünmür...

Bəzi detalları nəzərə alıb tənqidimizi geniş formada yazmırıq. Çünki, polis orqanlarında canla- başla xidmət edən və eyni zamanda asayışımızın qorunmasında müstəsna xidmətləri olan polislərimiz var. İllərlə polis orqanlarında xidmət edən əməkdaşlar var ki, min əziyyət hesabına mülk əldə edib. Sözümüz Vaqif Əsədovadır. Cənab polkovnik, sizə göstərilən etimadı sona qədər təmənnasız yerinə yetirin.

Bu istiqamətdə araşdırmalarımız davam edir. Bizi izləməyi unutmayın.

DOSYE.ORG

Xəbər Lenti

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.