Top.Mail.Ru

Üzeyir Mehdizadə PEŞMAN OLDU: “Gecikmişəm” – MÜSAHİBƏ

Müğənni Üzeyir Mehdizadə hesab edir ki, qadına qarşı şiddət kişinin zəifliyidir.

Publika.az-ın “Üç nöqtə” layihəsi çərçivəsində bu həftəki suallarımızı Üzeyir Mehdizadə cavablandırıb.

– İndiki ağlım olsaydı…

– Hər kəs kimi mən də bəzi səhvləri etməzdim.

– Zəmanət verə bilərəm ki…

– Zəmanət verə bilmərəm. Bu gündən sabah ümid yoxdur.

– Dünyanı dəyişmək imkanım olsaydı…

– Haqsızlıqların qarşısını alardım.

– Seviləsi qadın olmağın ilkin şərti…

– Etibarlı olması.

– Kişilər o qadınlara xəyanət etmir ki…

– Yəqin ki, diqqətli xanımlara.

– Qadına qarşı şiddət…

– Fikrimcə, kişinin zəifliyidir.

– Vicdanıma and olsun ki…

– Hər zaman vicdanlı olmağa çalışıram.

– Təəssüf edirəm ki…

– Gecikmişəm.

– Ona görə, xəcalət çəkirəm ki…

– Hər hansı işi düz etməyəndə xəcalət çəkirəm.

– Vanqa nənə ilə görüşsəydim…

– Öncəgörücələr mənə maraqlı deyil, ümumiyyətlə, onunla görüşmək istməzdim.

– Günahlarım yadıma düşəndə…

– Peşmanmıçılıq hissi keçirirəm.

– Bəşəriyyətin gələcəyi barədə fikirləşəndə…

– Narahat oluram.

– Tənhalıq lənətdir, yoxsa…

– Lənət deyil, amma təklik Allaha məxssudur.

– Unuda bilmədiyim sevgilimə demək istəyirəm ki…

– Unuda bilmədiyim insan yoxdur.

– Yaxşı gündə, pis gündə…

– Yanında ola biləcək bir dost lazımdır.

Dosye.az

COMMENTS