Vəkil “Gəncəbank”ın rəhbərinin iddiasına cavab verdi

Ceyhun Yusifov:“Onlar güzgüdəki ləkəni silmək əvəzinə, güzgünü sındırmağa girişiblər”

“Kəlbəcər Rayon Məhkəməsində Pərvanə Novruzovanın mənə və həmkarım Əziz Qənbərova qarşı iddiası yoxdur. “Gəncəbank”ın rəhbəri və ona məsləhət verən nümayəndəsi “güzgüdəki ləkəni silmək əvəzinə, güzgünü sındırmağa girişiblər”. Biz hüquqi müstəvidə istənilən çəkişməyə hazırıq”.

Bu fikirləri “Yeni Müsavat”a ünvanladığı məktubda vəkil Ceyhun Yusifov qeyd edib.

Vəkil daha sonra yazır ki, özünü P.Novruzovanın nümayəndəsi kimi təqdim edən şəxsin, onun mətbuatdakı çıxışlarının “KIV haqqında” Qanunun tələblərinə zidd olması barədə fikirləri də yalnışdır: “Çıxışlarımızın Pərvanə Novruzovanın şərəf və ləyaqətinin pozulması kimi qiymətləndirilməsi doğru deyil. Nümayəndə təəssüflər olsun ki, məsələnin mahiyyətindən ümumiyyətlə, xəbərsizdir. Belə ki, Pərvanə Novruzovanın qeyri-qanuni hərəkətləri, əməlləri barəsində uzun müddətdir ki, mətbuatda məlumatlar yayılır. Həmin məlumatlar bu gün də təkzib olunmayıb. Vəkili olduğum Natalya Kərimovanın da ictimiyyətə çatdırdığı faktlar, bütün hallar məhkəmə aktları və prosessual qərarlarla təsqid olunur. Nümayəndə Gəncə Prokurorluğunda Pərvanə Novruzova barədə olan cinayət işi ilə maraqlansın və görsün ki, Natalya Kərimovanın “Nataşa” solunu hansı yollarla ələ keçirilib. Pərvanə Novruzovaya niyə görə cinayət işi başlanıb. Məgər bu yalandır? N.Kərimovanın göstərdiyi faktlar Pərvanə Novruzovanın etdiyi əmələrin cüzi bir hissəsidir. Nümayəndə ictimaiyyəti çaşdırmaq və Pərvanə Novruzovanı müqəddəsləşdirmək əvəzinə, N.Kərimovanın “Nataşa” salonunun və mənzillərinin hansı yollarla mənimsənilməsini araşdırsa, daha yaxşı olar”.

Vəkil “Gəncəbank”ın rəhbəri ilə məhkəmədə görüşmək istəyində və arzusunda olduqlarını da qeyd edib.

COMMENTS