“İstintaq prosesi bitib. İstintaqın sonunda əvvəlki ittiham irəli sürülüb. Əvvəlki qaydadadır, heç bir dəyişiklik yoxdur”. Bunu
Modern.az-a açıqlamasında İlham Mirzəyevin vəkili Xanlar Bayramzadə deyib. Vəkilin sözlərinə görə, İ. Mirzəyevlə bir həftə əvvəl görüşüb: “Məhkəmə prosesinin vaxtı artıq bilinməliydi. Ancaq hələ dəqiq məlumat yoxdur. Özünü kəmşirin hiss edirdi, nə o yanlıq, nə bu yanlıq”.
Qeyd edək ki, “Space” kanalının tanınmış aparıcısı İlham Mirzəyev aprelin 10-da saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə (dələduzluq) cinayət işi başlanıb.
COMMENTS