Vəkil: “Leyla Yunus onu müdafiə edən hər kəsi dəstəkləyir”

“ABŞ-da yaşayan Ramis Yunusun qardaşı Arif Yunusun və həyat yoldaşının hüquqlarını müdafiə komitəsinə Milli Şuranın sədri Cəmil Həsənlinin rəhbərlik etməsi ilə bağlı təklifinə Leyla Yunus da etiraz etmir”.

 

Bunu Modern.az-a həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun vəkili Cavad Cavadlı deyib.

Vəkilin sözlərinə görə, Leyla Yunus konkret kiminsə onun müdafiəsinə qoşulmasına israr etmir: “Təbii ki, Leyla xanım və digərlərinin hüquqlarının müdafiəsi üçün müxalifət partiyaları bir araya gəlib. Eyni zamanda, Leyla Yunus nəinki  onun müdafiəsinə qalxanlara etiraz etmir, hətta onları dəstəkləyir”. <p”>  <p”>Qeyd edək ki, bir neçə gün bundan əvvəl həbsdə olan Arif Yunusun qardaşı Ramis Yunus məhz Milli Şuranın sədri Cəmil Həsənlinin Yunusovlar ailəsinin müdafiə komitəsinə rəhbərlik etməsini müraciət formasında yayıb. <p”> <p”>

Qeyd edək ki, Milli Şuranın sədri Cəmil Həsənli həbsdə olan hüquq müdafiəçilərinin müdafiə komitəsinin sədri seçilib. <p”> <p”>

Bundan əvvəl isə KXCP-nin qərargahında həbs edilən hüquq müdafiəçiləri, siyasi fəaliyyətlə məşğul olan şəxslərlə bağlı Birləşmiş Hüquq Müdafiə Mərkəzi yaradılıb.  KXCP lideri Mirmahmud Mirəlioğlu mərkəzin sədri seçilib. 

COMMENTS