Vətəndaş Baş Prokurorluğdan və Səhiyyə Naziriliyindən kömək diləyir

“Mənim şikayət ərzəmi araşdıran yoxdur”. 

Bu sözləri Dosye.org-a növbəti dəfə şikayət edən Əhmədova Kəmalə Əyyar qızı bildirdi. Şikayətçinin xahişini nəzərə alıb yazdığı məktubu ixtisarla ixtiyarınıza veririk:

Nərimanov rayon prokurorluğu şikayətimin araşdırılmasında maraqlı deyil. Dəfələrlə etiraz etməyimə baxmayaraq bu gündə işin düzgün araşdırılmaması üçün prokurorluğun Samirə adlı mustəntiqi əlindən gələni edir. Faktın reallığı budur ki, qızım Pərviz Bəqiri tərəfindən cinsi istismara məruz qalıb. Mən bu barədə ötən şikayət ərzəmdə qeyd etmişəm. Və qızımın Pərviz tərəfindən zorlandığını sübütlarla Nərimanov rayon prokurorluğuna təqdim etmişəm. 

Lakin mustəntiq Samirə xanım qarşı tərəfi tam əmin etmişdir ki, bu barədə onlara imkan qədər köməklik göstərəcək. Şəxsən mənə dəfələrlə prokurorluğda bildirib ki, sənin qızın hamilə deyil. Hətda Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəylərinidə saxtalaşdırıb. Mən Samirəni Allaha tapşırıram. Uşaq dünyaya gələndən sonra sübüta yetirilsə Samirə nə üzlə belə bir mühüm orqanda çalışa bilər.

Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində olmuşam. Həkim Hamlet Məmmədovun saxta rəyində göstərilib ki, A.İ hamilə deyil.  İkinci dəfə isə Ceyhun Allahverdiyev ekispertizanın rəyini yenidən saxtalaşdırıb. Ceyhun həkim özüdə etiraf etdi ki, mən həmkarımın verdiyi rəyi poza bilmərəm. 

Budur bizim ekspertizamız. Mən üzümü Baş Prokuror cənab Zakir Qaralova və Səhiyyə Naziri Oktay Şirəliyevə tutub demək istəyirəm ki, belə saxtakarlıqlar ölkədə heç də müsbət qarşılanmaz. Əminəm ki, həkimlərin saxta rəylərindən sizə məlumat verilməyib. Elə bu səbəbdən birbaşa məsüliyyəti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin sədri Şakir Musayev daşıyır. 

Bir daha xatırladaq ki, Nərimanov rayonunda kirayədə yaşayan Əhmədova Kəmalə Əyyar qızı şikayət məktubunda göstərmişdir ki, Pərviz Baqiri qızına zor tədbiq edərək onunla intim əlaqədə olub. Və qızın hamilə olduğu 4 aydan sonra bəlli olub. Kəmalə Əhmədovanın qızı A.İ-nin dediyinə görə Pərviz onların yaşadığı ünvana gələrək evdə kimin olduğunu soruşub. Anasının rayona getdiyini deyən A.İ gözlənilmədən fiziki zora mərüz qalıb. Elə məhz hadisə bundan sonra baş verib. Araşdırmalar davam edir.

Məqalədə adı hallanan şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Dosye.org

COMMENTS