Top.Mail.Ru

Vətəndaş dövlət orqanlarına üz tutdu- ŞOK MƏKTUB

Vətəndaş dövlət orqanlarına üz tutdu- ŞOK MƏKTUB

Dosye.org informasiya agentliyinin elektron ünvanına Şəki rayonun Baş Göynük kəndində qeydiyyatda olan və faktiki yaşayan İsmayılov Xocalı Müşviq oğlu tərəfindən şikayət məktubu daxil olub. Vətəndaş şikayət məktubunda başına gələn müsübətdən dövlət orqanlarını məlumatlandırır. Məktubun məzmunu ilə sizi tanış edirik:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə,

Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti xanım M.Əliyevaya,

 AR-nın Prezidentinin hüquq işləri üzrə köməkçisi cənab F.Ələsgərova,

 Azərbaycan Respublikasının Baş Prokuroru cənab Z.Qaralova,

 Azərbaycan Respublikasının Daxili İşlər naziri cənab V.Eyvazova,

 Bakı şəhər prokuroru cənab İ.Abbasova,

 Ombudsman Aparatının sədrinə və KİV orqanlarına,  

“Şəfafflıq Azərbaycan” Korrupsiyaya qarşı Mübarizə İB-nə,

Yasamal rayon prokuroru cənab Rasim Hacıyevə,  KİV orqanlarına.

Daxili İşlər Nazirliyinin Yasamal Rayon Polis İdarəsinin müstəntiqi Abdulla Əliyevə

Şəki rayonun Baş Göynük kəndində qeydiyyatda olan və faktiki yaşayan İsmayılov Xocalı Müşviq oğlu tərəfindən

   Yasamal rayonu, İ.M.Əbilov küç, ev 94-də “Royal Print” MMC-nin qanuni təmsilçisi, House Print –in işçisi və  hazırda CM-nin 178.1-ci maddəsi üzrə məhkumluğu olan Əliyev Elvin Gündüz oğlunun cinayət məsuliyyətinə cəlb olunması  “barədə

                                                 Ə  R  İ  Z  Ə              

     Bir daha xatırladım ki, biz uşaqlıq dostları olmuş mən Xocalı İsmayılov, Təhmasib Həmidzadə, Anar Abdullayev hazırda Şəki rayonun Baş Göynük kəndində pasport qeydiyyatındayıq.Təhmasib və Anar Bakı şəhərində yaşayırlar.

     Əvvəlcədən bildirim ki, biz, sonradan məlum olduğu kimi Yasamal rayonu, İ.Əbilov küçəsi 94 ünvanında dizayn işləri görən, 2018-ci ildə CM-nin 178.1-ci maddəsi üzrə 5 il şərti cəza almış,  “Röyal Print” MMC-nin qanuni təmsilçisi və işçisi Əliyev Elvin Gündüz oğlunun toruna düşmüşük. Belə ki, MMC-yə rəsmi rəhbəri Elvin olsa da idarəçiliyi atası Gündüz Əliyev aparır, digər işçiləri olan oğulları Elvin və Elmir çap və dizayn-qrafiq işlərilə məşğuldurlar. Sonradan əldə etdiyimiz məlumatdan aydın olmuşdur ki, bu ailə əsas bacarıqlı fiqur kimi 30 yaşlı Elvin Əliyevi  Türkiyədən guya hansısa dizayn işinə, müxtəlif növ hazır məhsullara investisiya qoymaq və Bakıda onu tanıyan müştərilərə satmaqla guya əlavə qazanc əldə etmək adı altında biz təcrübəsiz gənclərin əvvəlcə etimadını qazanmış,  gəlirli işə cəlb etmə adı altında şirnikləndirməklə, sonda aldatmaqla “investisiya adı altında E.Əliyevə verdiyimiz pulları mənimsəmişlər. Bu dəstə sonuncu dəfə, 8 nəfər şəxsin 3 mart 2018-ci ildə şikayəti əsasında E.Əliyev 4 ay müddətinə həbs edilmiş və məhkəmənin hökmü ilə 5 il şərti cəza almışdır. Sonradan biz onun atası ilə 7 sentyabrda görüşüb Elvindən şikayət etdikdə o,  etiraf etmişdir ki, 2018-ci ildə oğlu  E.Əliyevi  həbsdən qurtarmaq üçün bütün əmlaklarını 300000 dollar zərəri ödəmək üçün satıb vurulmuş ziyanın bir hissəsini ödəmişdir. Və yenə də qalan bir neçə şəxsin, o cümlədən 8 sentyabr 2019-cu il tarixində saat 13:00 – da  Təhmasibin +99451 566 55 22 nömrəsinə zəng edərək hansısa Abbas adlı şəxsə külli-miqdarda Elvinin borcu qaldığını bildirmiş və onu 1 il borcu qaytaracağı vədi ilə saxladığını, lakin 7 sentyabrda Abbasın ona inanmadığından guya polisə şikayət verdiyini bildirmiş və 9-da Elvinin həbs olunacağını Təhmasibə, daha sonra isə digər zəzərçəkmiş Əvəz Mütəllimova zənglə bildirmişdir. Sentyabrın 7-da biz 3 nəfər zəzərçəkmiş şəxs ( Təhmasib, Xocalı, Əvəz ) E.Əliyevin atasının İ.Əbilov küç., 94-də yerləşən ofisində xahiş etmişik ki, oğlu Elvinin bizdən aldadıb aldığı 32000 manat pulların qaytarılmasına yardımçı olsun. Atası isə peşəkarcasına bizə bildirib ki, o Elvinin hərəkətlərindən bezibmiş, onu işdən ( 250 manat əməkhaqqı verdiyi ) təzəcə qovubmuş, daha onu Elvinin işi maraqlandırmır və s. boş boş sözlər. Yəni, atasının dediklərindən belə başa düşülür ki, aldanmışıq, lakin  pulunuzdan əl çəkin gedin, pul almağı yaddan çıxarın. Nə mənim, nə də Elvinin sizlərə qaytarası pulumuz yoxdur. Lakin, biz hər dəfə Elvinin atasının “Röyal Print” MMC –si olan ofisinə gəlib oğlu ilə görüşəndə, ona pul verəndə, danışıqlar aparanda, ofisdə çap məhsulları istehsal edən və dəyəri 100000 manat olan avadanlıqları görəndə Elvin məhz bu çap sexinin onların ailəyə məxsus olduğunu( əslində bu bahalı avadanlıqlar da MMC-də sənəd üzrə hazırda da Elvinin üzərindədir.) və heçnədən narahat olmadan bizə sərmayə qoymağa inandırırdı. Bu zaman bizim gəlişimizi, söhbətlərimizi sakitcə dinləyən atası Gündüz kişi vaxtında bizə demirdi ki, ay uşaqlar oğlum dələduzluq maddəsi ilə məhkum edilib, hazırda da onun borclarını ödəyirəm, nə badə ona pul verəsiniz və s.  Deyib məsləhət vermədi. Əksinə özünü bilməzliyə qoyub, bütün prosedura göz yumurdu.( Əslində isə Elvinə gzli təlimatlar verib bizi necə aldadıb pulumuzu ələ keçirməyi ustalıqla başa salırdı.) Üzdə isə özünü MMC-nin rəhbəri kimi aparırdı. Elə çap sexində işləyən digər qardaşı Elmir də həmçinin. Bir sözlə, bu ailə üzərində apardığımız son araşdırmalardan belə qənaətə gəlirik ki, Elvin peşəkar dələduz kimi bizim kimi yeni-yeni “qurbanlar” tapmaqla, etimad qazanmaq və sonda aldadaraq pulları mənimsəməklə 2018-ci ildə 8 nəfəri aldadıb mənimsədikləri 300000 dollar pulu tam ödəmək üçün öhdəlik götürüblər Və Elvini qabağa verməklə gecə-gündüz ailəvi “işləməklə” məşğuldurlar. Atasının dələduz oğlu Elvinlə 2001-ci ildən qurub-yaratdığı “Royal Print Kompany” MMC –də həm gözdən pərdə asmaq üçün, həm də ailənin guya real ciddi biznes  işlərilə  məşğul olmaları təsəvvürü yaratmaq üçün təşkil etdikləri bir vasitədir-teatr dekorasiyasıdır.   

     Biz 12 sentyabr 2019-cu il tarixində  Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə rəsmi müraciət edərək dələduz E.Əliyevdən bizə vurmuş olduğu maddi ziyanın ödəniməsində köməklik göstərilməsini xahiş etdik.

    İş təhqiqatçı Fuad Cənnətovun icraatına verilmişdir. O, Elvini sentyabrın 22-də 27-ci PB-nə dəvət etsə də, dələduz əvvəlcə gələcəyini söz vermiş və yoxa çıxmışdır. Dələduzun axtarıb tapılaraq bölməyə gətirilməsi əməliyyatçı, polis kapitanı Cavid müəllimə həvalə edilmiş və 2 gündən sonra peşəkar dələduz yaxalanaraq təhqiqatçıya təhvil verilmişdir. Dələduz yazdığı izahatında özünümüdafiə mövqeyindən çıxış etsə də, Təhmasibdən başqa bizə olan borclarını qismən etiraf etmiş ( məbləğləri azaltmaqla ) və tez bir zamanda ödəyəcəyinə söz vermişdir. Guya bizim yanımızda təkcə bir epizodda Təhmasibin Faiq adlı tanışından alıb ona verdiyi 3000 manat pulu da danıb batırır. Lakin yenə də aradan keçən 2 ay  ərzində bizə bir manat da olsa pul ödəməmişdir.Elvin Azərbaycanın digər peşəkar dələduzlarının istintaqa verdiyi izahatlarında oduğu kimi yazdığı izahatda bildirmişdir ki, guya biz ona faizə pul vermişik. Sual yaranır ki, əgər biz kredit götereb faizə pul vermişiksə o zaman nə qədər girov almışıq? Müqavilənin şərtlərində nə yazılıb? Onun uydurduğu izahatı yalnız özünümüdafiə xarakteri daşıyır və heç bir əsası yoxdur. Bu günün reallığı budur ki, kimsə tanımadığı adama girovsuz faizə pul vermir. Bu aksiomanı yaddan çıxaran dələduz E.Əliyev təhqiqatçıya verdiyi yala və əsassız izahatı ilə bir daha cinayət məsuliyyəti daşıyır.

 Son 40 gündə iş araşdırlması üçün Yasamal rayon Polis İdarəsinin İstintaq İdarəsinə müstəntiq Abdulla Əliyevin icraatına verilsə də dələduzluq üzrə məhkum  E.Əliyev qaçıb gizlənir. Hələlik bu günə qədər axtarışlar bir nəticə verməmişdir. Xatırladım ki, biz avqustun sonlarında bu dələduzdan şübhələndiyimiz zaman onun barəsində apardığımız araşdırmalardan məlum olmuşdur ki, bu şəxs barəsində  2018-ci ilin martın 5-dən məhkəmənin hökmü ilə 4 ay müddətinə əvvəlcə həbs qəti imkan tədbiri seçilmiş və Bakı Ağır Cinayətlər Məhkəməsində ona CM-nin 178.1-ci maddəsilə 6 il şərti cəza verilmişdir.

    Bir daha xatırlatmaq istəyirəm ki, son vaxtlar Elvinin ailəsi hər ayı 800 manata tez – tez icarəyə götürdüyü və atası – qardaşıgil ilə birlikdə yaşadıqları evləri dəyişirlər, “Azeri-Dizayn” firması ilə saxta etibarnamə tərtib edərək özlərinə məxsus olmuş Tayota Camry avtomobilini bu firmadan icarəyə götürən kimi Elvin Əliyev istifadə edir. Digər icarəyə götürdüyü Prado markalı avtomobilə hər gün 60 AZN icarə haqqı və benzin pulu sərf edirlər. Hazırda Elvin Əliyevin ailəsi Binəqədi rayonu, 9-cu mik\ r-n da yerləşən Cəfərov Mirtağı Mircavid oğluna ( mob. 050-226 08 05) məxsus 4 otaqlı  mənzildə kirayədə yaşayırlar. İş telefonu, (012) 595 11 71 və mob. 055 250 73 30-dur. Atası ona hər ay 200 -400 manat arası maaş versə də, hər ay ailəsinə, əyləncə və dolanacaq üçün 7-8000 AZN pul xərcləyir. Bir evdə yaşayan atası Gündüz isə soruşmur ki, hər gün birlikdə ailəsilə və özünün iştirakı ilə restoran və əyləncə mərkəzlərinə xərclədiyi 300 manat  pullar sənə haradan olur?

      Hazırda biz 4 dostun dələduz E.Əliyevlə bağlı 2019-cu ilin avqust ayı ərzində əlaqələrdə olduğumuz vaxt votsap yazışmalarımız, onun bizə təqdim etdiyi biznes işləri üçün karqo və poliqrafiya yerlərinin, müştərilərə Türkiyədən bizim pullara alınıb gətiriləsi məhsulların nümunələri, bizim adımıza açılan bank kartları və bu kartlar vasitəsilə onun hesabına ödədiyimiz pulların qəbzləri, səs yazıları bir sübutlar toplusu olaraq diskdə təqdim olunur. Bizdə olan məlumatlara görə Elvin Əliyev indi də bizi kimi təcrübəsiz şəxsləri ailə üzvlərinin köməkliyilə aldatmaqda dələduzluğuq fəaliyyətini davam etdirməyindədir. Hesab edirik ki, cəmiyyət və dövlətimiz üçün təhlükəli olan bu dələduzun tapılıb dərhal qanunmüvafiq tədbirlər görülməsi hüquq mühafizə orqanlarının əsa fəzifəsidir. Odur ki, cənab Baş prokuror Zakir Qaralovdan, Bakı şəhər prokuroru cənab İlqar Abbasovdan və Yasamal rayon prokuroru cənab Rasim Hacıyevdən xahiş edirəm ki, “Royal Print Company” MMC-nin qanuni təmsilçisi olan Elvin Əliyevin  özünün etiraf etdiyi kimi “mən vergi vermirəm: 2001-ci ildən indiyədək külli-miqadarda vergilərdən yayınmasını, atası Gündüz Əliyevin sentyabrın 6-da bizə etiraf etdiyi kimi “oğlum bahalı kristal narkotikdən istifadə edir, qaytarmağa pulu yoxdur, mən də bir ata kimi ondan bezmişəm…”, özünün bizə etiraf etdiyi kimi  “Əgər mən istəsəm “Kubinkanın ortasında nəşə çəkə bilərəm və heç kim mənə heçnə deyə bilməz…” lovğalığını nəzərə alaraq onun qan analizi üçün laborator müayinəsinə göndərilməsi zəruriliyi istintaq orqanının vəzifəsi olmalıdır.

     Hörmətli, cənab baş Prokuror!, hörmətli prokuror İlqar Abbasov və prokuror Rasim Hacıyev hesab edirik ki, CM-nin 178.1 maddəsi üzrə 2018-ci ilin iyun ayında məhkum olmuş Əliyev Elvin Gündüz oğlu barəsində həbs-qəti imkan tədbiri seçilməsi üçün onun barəsində cinayət işinin başlanması üçün əlimzdə kifayət qədər dəlil-sübutlarımız vardır. Və onun islaholunmaz məhkum olmasına baxmayaraq əvvəlki cinayətlərini biz 4 nəfərə qarşı təkrar törətməsi nəticəsində zəruriyyət yaranmışdır ki, onun barəsində cinayət işi açılsın. Lakin bütün bunlara baxmayaraq Bakı şəhər Prokurorluğunun DİO-nun istintaq işlərinə nəzarət idarəsinin rəis müavini cənab Elçin Sultanovun mənə yazdığı 12 noyabr tarixli məktubunda dələduz Elvin əliyevin yazdığı əsassız izahat bizə yazılı olaraq xatırrlanır. Çox qəribədir ki. dələduzun özünə haqq qazandıran izahatı niyə rəsmi cavab kimi bizə göndərilməlidir? O guya investisiya işlərinə bizlərdən faizlə pul götürdüyünü vurğulayır. Elədirsə ortalığa bircə sübut qoysun ki, bu adamlar məndən 1.5 kq qızıl girov qoymaq müqabilində mənə 32000 manat faizə pul veriblər. Və yaxud adi bir müqavilə – heç olmasa əllə yazılan kağız parçası təqdim edə bilərmi? Yox. Amma bizim təqdim etdiyimiz 30 səs yazısı, 20 votsap yazışması, sifarişçilərin adları və telefon nömrələri, onun Kapital bankdan olan kartına etdiyimiz ödənişlərin qəbzləri, Elvinin ailəsinin işlədiyi və istehsal etdiyi poliqrafiya məhsulları və s. sübutlar 15 gündür ki, CD disk vasitəsilə yuxarı orqanlara təqdim edilmişdir.Hazırda dələduz E.Əliyev iki aydan çoxdur ki. istintaqdan yayınır və gizlənir. Müstəntiq A.Əliyev bildiri ki. onun yerini müəyyən etmək hələlik mümkün olmayıb. Dələduz E.Əliyev barəsində cinayət işi açılması üçün onun əvvəl məhkum olmasını yoxlamaq lazımdır. Biz isə tam əminliklə bildirirk ki, Əliyev Elvin gündüz oğlunun dələduzluq maddəsi üzrə məhkumluğunu yoxlamaq üçün ASAN xidmətə zəng etmək və bu şəxs barədə hətta yazılı arayış almaq Azərbaycan polisi və prokuroru üçün çətin bir məsələ deyildir. Odur ki, 3 ay əvvəl etdiyimiz şikayətin nəticəsi olaraq biz 4 nəfər hələ də istintaq orqanına nədənsə dəvət olunmamışıq.   Odur ki, düşdüyümüz ağır iqtisadi vəziyyəti nəzərə alaraq dövlətimiz və cəmiyyətimiz üçün təhlükə mənbəyi olan bir ailənin əsas dələduz fiquru – Elvin Əliyevdən bizdən aldadaraq aldığı pulların qaytarılmasına köməklik göstərməyinizi xahiş edir və əvvəlcədən minnətdarlığımızı bildiririk.

Qoşmalar: Səs yazıları, fotoşəkillər olan kompüter diski 1 ədəd.                   

QEYD:  İş materialları 02 oktyabr 2019-cu ildən Yasamal RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi polis Abdulla Əliyevin icraatındadır. 

REDAKSİYADAN: Şikayət məktubunda adı hallanan şəxslərin mövqeyini dərc etməyə hazırıq.

DOSYE.ORG

Elman Elman Nigaran Nigaran adlı şəxsin şəkli.

COMMENTS