Vəzifəli şəxsin fermasını talayan mühafizəçiyə cəza verildi

Vəzifəli şəxsin fermasını talayan mühafizəçiyə cəza verildi

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Anar Kərimlinin (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

DOSYE.ORG Pravda.az-a istinadən xəbər verir ki, hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Kərimli 7 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Anar Kərimli 2021-ci ilin sentyabrından 2022-ci il martın 2-dək olan müddət ərzində zərərçəkmiş Mahir Əsədova (şərti) məxsus Xaçmaz rayonu, Susayqışlaq kəndində yerləşən fermada mühafizəçi kimi işləyib. O, çalışdığı müddət zamanı ümumilikdə 73 100 manat dəyərində oğurluq edib, o cümlədən 3 300 manat dəyərində 22 baş qoyunu, 2 200 manat dəyərində olan bir baş inək və inəyin 6 aylıq balasını, 60 000 manat dəyərində olan 15 000 ədəd farel balığını, 7 500 manat dəyərində olan 5 ədəd havalandırıcı mühərriki və 4 ədəd balıqlara su vermək üçün nəzərdə tutulmuş mühərriki gizli olaraq talayıb.

Qeyd edək ki, zərərçəkmiş Mahir Əsədov şirkətlərin birində direktor müavini vəzifəsində çalışıb.

COMMENTS