“Vəziyyətə sonda baxarıq” – Svanadze

“Vəziyyətə sonda baxarıq” – Svanadze

“Son 2 oyun bizim üçün uğurlu oldu, 6 xal qazana bildik.

Bürünc medal qazanmağa böyük şansımız var. Əgər öz oyunlarımızda qalib gəlsək, istəyimizə çatacağıq”.

Bu fikirləri “İnter”in baş məşqçisi Zaur Svanadze “Xəzər Lənkərna”a qalib gəldikləri oyundan (2:1) sonra deyib.

Gürcü mütəxəssis komandanın “sükanı arxası”nda debüt mövsümünü medalçı kimi başa vurmağa yaxındır. Bunu “İnter”in bu turda 3-cü pilləyə yüksəlməsindən sonra demək olar.   Svanadze bürünc mükafatçı olmaları üçün sonadək mübarizə aparmalı olduqlarını söyləyib: “Artıq hər şey öz əlimizdə olsa da, rəqiblərimizin oyunlarının nəticələrini də nəzərə almaq lazımdır. Məqsədimizə çatmaq üçün maksimum hər şey edəcəyik. Vəziyyətə sonda baxarıq” (sportnet.az).

Dosye.org

COMMENTS