Vəziyyət gərginləşir: PUA-lar məhv edildi

Vəziyyət gərginləşir: PUA-lar məhv edildi

ABŞ ordusu Yəmənə yeni zərbə endirib və Ənsar Allah” hərəkatının husi üsyançılarına məxsus üç pilotsuz uçan aparatını məhv edib.

Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) şəxsi “X” səhifəsində məlumat yayıb.

CENTCOM qüvvələri Yəməndə husilərin nəzarətində olan ərazidə üç pilotsuz uçan aparatı məhv edib”, – bəyanatda deyilir.

Komandanlıq iddia edir ki, pilotsuz təyyarələr bölgədəki ABŞ hərbi gəmiləri və ticarət gəmiləri üçün dərhal təhlükə yaradır.

COMMENTS