“Vəziyyəti dəyişməsələr, nəticələr dəhşətli olacaq” – Zaxarovadan Almaniyaya təhdid

“Vəziyyəti dəyişməsələr, nəticələr dəhşətli olacaq” – Zaxarovadan Almaniyaya təhdid

“Almaniyada denasifikasiya (müharibədən sonrakı Almaniya və Avstriya cəmiyyətini, mədəniyyətini, mətbuatını, iqtisadiyyatını, təhsilini, hüquq və siyasətini nasist ideologiyasının təsirindən təmizləməyə yönəlmiş tədbirlər kompleksi – red.) tamamlanmayıb”.

DOSYE.ORG xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Bundesver hərbçilərinin Krım körpüsünə mümkün hücumla bağlı mediaya sızdırılmış söhbətləri ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, almanlar vəziyyəti dəyişməsələr, Almaniya üçün nəticələr dəhşətli olacaq.

Zaxarovanın fikrincə, Qərb planlaşdırdığı və böyük ölçüdə həyata keçirdiyi dağıdıcı hərəkətlərə görə cavab verməyə borcludur. O hesab edir ki, Berlin məsuliyyət daşımalıdır.

COMMENTS