Vəfa Zeynalova: Bu, mənim üçün udulmazdır

Əməkdar artist Vəfa Zeynalova rollarından söhbət açıb.

 

ANS TV-nin məlumatına görə, artıq illərdir Akademik Milli Dram Teatrında çalışan xanım, gənc yaşlarında oynadığı rolların onun üçün əhəmiyyətli olduğunu da söyləyib.

“Azərbaycanda ilk serialardan olan “Talehinin qisməti”ndə Lamiyəni oynamışam. Böyük səhnədə də Pantamim baletdə “Leyli və Məcnun”da Leylini oynamışam. Bunlar mənim ilklərimdir deyə mənim əzizlərimdir. Bu mənim üçün udulmazdır, eyni zamanda da məktəbdir. Bütün rollarımı sevirəm. Amma onlar tamam başqadır”, Vəfa Zeynalova deyib.

COMMENTS