Vəhhabilər restoranda tədbir keçirtdi?

Keçən həftənin bazar günü Bakıdakı restoranların birində vəhabilərin gizli toplantısı keçirilib. Bu ilginc məlumat Dia.az-ın elektron poçtuna göndərilib.

 

Daxil olan informasiyada bildirilir ki, toplantıda Azərbaycanda sələfilərin son durumu və rəsmi dövlət qurumları ilə münasibətlər ciddi şəkildə müzakirə olunub.

Mənbəmiz dia.az-a yolladığı məlumatında bildirir ki, ən maraqlı olanı isə qapalı toplantının içki verilən bir restoranda keçirilməsi olub.

Mənbə dia.az-a yazır: «Bir yanda araq içən müştərilər, o biri yandı isə vəhabilərin Azərbaycandakı əsas adamları masa arxasında çay içərək müzakirə aparırlar».

Gələn məlumata görə, vəhabilər son zamanlar Azərbaycanda hədəfə çevrildiklərin tam olaraq fərqində olduqlarından, belə bir toplantıya zərurət yaranıb.

COMMENTS