Vətən Müharibəsinin qəhrəmanı Kiyevdə çarəsiz durumda – Səfir qəbul etmir – VİDEO

Vətən Müharibəsinin qəhrəmanı Kiyevdə çarəsiz durumda – Səfir qəbul etmir – VİDEO

Vətən Müharibəsi qazisi, “Cəsur döyüşçü” Elşad Səfərov problemi ilə bağlı ölkəmizin Ukraynadakı səfirliyinə müraciət etsə də, səfir Elmira Axundova onu qəbul etmir.
Bakupost.az -ın məlumatına görə, bu barədə Kiyev şəhərində Heydər Əliyevin heykəli qarşısında etiraz edən qazi bildirir ki, dəfələrlə səfirliyə müraciət edib, amma onun problemi ilə maraqlanan yoxdur. Döyüşçü Vətən Müharibəsi bitəndən sonra işləmək üçün Ukraynaya gedib. İş prosesində ayağını zədələyib və əmək qabiliyyətini itirib. Ona təcili əməliyyat lazımdır. E. Səfərov Bakıya da qayıda bilmir. Çünki həyat yoldaşı hamilədir, iki aydan sonra ana olacaq, həkimlər təyyarəyə minməyi qadağan edib. Belə olduqda dəstək üçün səfirliyə üz tutub, əməliyyat edilməsinə yardım istəyib. Səfirlik isə müraciətə məhəl qoymayıb:
“6 ay bundan qabaq da əməliyyat üçün səfirliyə müraciət etdim. Amma qəbul etmədilər.
Burada çox az müddət qalıb işlədim. Ayağımın birini zədələmişəm. Bu gün artıq 3-cü dəfədir ki, səfirliyə gəlib-gedirəm. Şikayətə baxan yoxdur, E. Axundova ilə görüşə bilmirəm. Deyirlər, səfir qəbul etmir.
Gələn ay ata olacağam, ayağım bu vəziyyətdə, işləməyə gücüm yox, gəlmişəm bu vəziyyətə düşmüşəm”.
Məsələ ilə bağlı səfirliyə müraciət etsək də açıqlama almaq mümkün olmayıb.
Qeyd edək ki, Vətən Müharibəsi iştirakçısı E. Səfərov “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
DOSYE.ORG
 

COMMENTS