“Vəzifəli şəxsin oğlu məni yoldan çıxarmaq istəyirdi”

Müğənni Şəbnəm Tapdıq şəxsi həyatı barədə maraqlı açıqlama verib.

“Qafqazinfo”nun lent.az-a istinadən xəbərinə görə, “Adam içində” verilişinə qonaq olan ifaçı bildirib ki, bəzi vəzifəli şəxslərin övladları onu yoldan çıxarmaq istəyirmiş: “35 ildir ki, sənətdəyəm. Elə vəzifəli şəxslərin övladları mənə zəng edib, yoldan çıxarmaq istəyirdilər ki… Amma mən onların təkliflərini rədd etdim, yoldan çıxmadım.

Eləsi var idi ki, həqiqətən məni sevirdi. Eləsi də var idi ki, bilirdim ki, hansısa vəzifəlinin nəvəsini alıb, indi də mənlə gəzmək istəyir. Mən də həmin adama dedim ki, baxmaram sənin vəzifənə, səni bilirsən nə etdirərərm? Get, adamını tanı. Həmin adamda cavab olaraq dedi ki, “Demişdilər ki, sən namuslu qızsan, amma yenə də yoxladım, bəlkə bu qız gözəlliyimi görə, yoldan çıxa”. Amma istəyi baş tutmadı”.

COMMENTS