Vəhhabilərin din xadimi qadın alverinə haqq qazandırır

Ərəbistanın ən nüfuzlu din xadımlərindən biri, Üləmalar Heyəti Ali Şurasının üzvi Saleh Fevzan İŞİD-in əsir götürdüyü qadınları satışa çıxarmasına haqq qazandırıb.

 

Vəhhabi müfti bu cür qadın ticarətinin islamda halal olduğunu bildirib.
Qeyd edək ki, özlərindən başqa hamını kafir elan edən İŞİD İraq və Suriyada əsir götürdüyü kişilərin başını kəsib, onların gənc qız və gəlinlərini cariyyə kimi müxtəlif ərəb ölkələrində satışa çıxarır. Yeniyetmə və gözəl qız uşaqlarını maksimum 5 min dollara satan vəhhabi döyüşçülərinin bu fətvadan sonra daha da azqınlaşacağı gözlənilir.

COMMENTS