Vahid Ələkbərov Bakıdakı bankına Rusiyadan yeni idarəçi gətirdi

“Nikoil Bank” QSC-də kadr dəyişikliyi baş verib. Valentina Koriçina bankın Müşahidə Şurasından çıxarılıb.

Müşahidə Şurasının yeni üzvü Sergey Mitirev olub. O, eyni zamanda “Uralsib” maliyyə korporasiyasının baş direktorunun müşaviridir.

V.Koriçina isə “Uralsib”in vitse-prezidenti, bank biznesinin korporativ idarəetmə müdiridir.

Hazırda bankın Müşahidə Şurasının sədri vəzifəsini İsgəndər Xəlilov tutur.

Şuranın üzvləri bunlardır: İldar Muslimov (“Uralsib” maliyyə korporasiyasının İdarə Heyətinin sədri), Pavel Suxoruçkin (“GLL Services LTD” şirkətinin icraçı direktoru), Marina Kuleşova (“Topaz Investments” MMC-nin direktoru), Sergey Mitirev (“Uralsib” maliyyə korporasiyasının baş direktorunun müşaviri), Aleksey Sazonov (“Uralsib” ASC-nin İdarə Heyəti sədrinin müavini), İvan Romanovski (“LUKoil” ASC-nin prezidentinin köməkçisi, aparat rəhbərinin birinci müavini).

Azərbaycanın aparıcı banklarından biri olan “Nikoil Bank” QSC-nin səhmdarları “Topaz İnvestments” QSC (56,4 %), “Nikoyl” QSC (42,6%) və “ISR Holding” MMC-dir (1,0%) (APA).

COMMENTS